İşə qəbul imtahanlarının növbəti günü

Avqustun 25-də Azərbaycan dili və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, imtahanlarda 3506 namizədin iştirakı nəzərdə tutulur.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

0.40757703781128