Bakıda motosikletçi qəza törətdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Sürücü, 1983-cü il təvəllüdlü Paşayev Vüqar Rüstəm oğlu idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi beton maneəyə çırpılıb.

V.Paşayev hadisə zamanı müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

0.29926204681396