Sabirabad xəstəxanasında ana doğuşdan sonra öldü

Sabirabadda ana doğuşdan sonra ölüb.

APA-nın məlumatına görə, Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü B.N. avqustun 31-də Sabirabad rayon Regional Perinatal Mərkəzdə oğlan uşağı dünyaya gətirib.

Lakin qanaxmanın artıq olması səbəbindən qadın Mərkəzin Cərrahiyə Şöbəsinə köçürülüb.

Tibbi müdaxilələrə baxmayaraq, B.N. orada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

0.34593200683594