Kranın aşması nəticəsində doqquzmərtəbəli binada çatlar əmələ gəlib - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi bu gün günorta saatlarında Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 37 ünvanında kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşıb.

Binada üç mənzilin tavanına ziyan dəyib, birinin damı isə uçub. Əraziyə rayon üzrə mənzil-istismar sahəsinin əməkdaşı gəlib. Binaya dəyən ziyanla bağlı araşdırma aparılacağı bildirilib.

Zərbənin gücündən doqquzmərtəbəli binada çatlar əmələ gəlib.  

Könül Cəfərli 

0.35294485092163