Avtobuslarda olan sıxlıq bəyəm metroda olacaq sıxlıqdan təhlükəsizdir?

Baku News Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ALDP sədrin müşaviri Dinarə Məmmədova kiçik və orta biznesin inkişafına dair açıqlama verib. Onun açıqlamasını təqdim edirik.

"Karantin müddəti sentyabrın 30-na qədər uzadıla da, müəyyən karantin qaydaları ləğv olundu. Məktəblər və bağçalar açılır, rayonlara gediş-gəlişə, restoranların tam fəaliyyətinə icazə verilib. Amma nədənsə ticarət mərkəzləri və metro hələ də bağlıdır. Metro işçiləri evdə oturduqlarına görə bu karantin dövründə maaşlarını alıblar. Bəs bu ticarət mərkəzlərində on minlərlə sahibkar nə etsin? Öz işçilərinə haradan maaş versin? Özləri necə dolansın? Beş aydır ki, obyektlər bağlanıb. Sahibkarlar xaricdən aldığı malların pulunu ödiyə bilmirlər. Yaxın günlərdə ticarət mərkəzləri açılmasa, illər boyu işləyib xaricdə etibarlı partnyor adı qazanan sahibkarların əksəriyyəti bankrot olacaq. Bu da, Azərbaycanın biznes mühütinə böyük zərbə olacaq, inamsızlıq yaranacaq. Axı niyə metro və ticarət mərkəzlərin açılmasına qərar verilmir? Avtobuslarda olan sıxlıq bəyəm metroda olacaq sıxlıqdan təhlükəsizdir? Bəyəm böyük marketlərdə insan axını ticarət mərkəzlərə gələnlərdən azdırlar? Əslən yox. Sosial böhran yaşanmamaq üçün ticarət mərkəzləri də açılmalıdırlar, xaricə gediş-gəliş bərpa olunmalıdır. Kiçik və orta sahibkarlar üçün gömrük və vergi güzəştləri olmalıdır. Dövlətin inkişafı kiçik və orta biznesin inkişafından keçir. Kiçik və orta biznes mühüti güclü olsa dövlət də güclü olacaq."

 

0.055444002151489