Müəllimlik çox şərəfli peşədir- vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir

Bu gün, 15 sentyabr Bilik günüdür. Bununla bağlı Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lalə Quliyeva partiyanın blogunda təbrik yazısını dərc edib. Baku News həmin yazını təqdim edir.

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. Bu gün məktəb həyatına ilk qədəm basan on minlərlə şagirdin səbirsizliklə gozlədiyi gündür. Bu gün həm də valideyinlərinin bayramıdır. Bu günün özəlliyini, bu günün gözəlliyini deməyə yəqin ki, ehtiyac yoxdur, çünki bu gün - 15 sentyabr Bilik günüdür.

Bu gün hamıda bir həyacan var. Kimi özü məktəbə gedir, kiminin övladı, ancaq ən həyacanlı olanlar məncə birincilərdir. Bu gün onlar - Birincilər həyatlarında ən mühüm olan yeni bir yola qədəm qoyurlar. Bu gün onlar öz körpə dünyalarından ayrılıb yeni bir dünyada yeni bir həyata başlayırlar. Ancaq onlar bu yolda tək deyillər. Əllərindən tutub uğurla irəliyə aparacaq ilk müəllimləri var. Sizlərə başladığınız bu yolda uğurlar, zehin açıqlığı arzulayıram.

Onbirinci sinif şagirdlərə isə əla qiymətlərlə məktəbi bitirib, qürür və fəxr hissi ilə universitetə getmələrini arzulayıram. Səsiniz böyük universitetlərin auditoriyalarından gəlsin.

Əziz müəllimlər!

Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevəndir, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir!

Dərin bilik, geniş dünyagörüş şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir - xalqın, dövlətin gələcəyini formalaşdırmaq, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Müəllimlik çox şərəfli peşədir- vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir.

Hər kəsi bilik günü münasibətilə təbrik edirik!  Yeni dərs iliniz uğurlu olsunBilik gününüz mubarək!

 

0.045980215072632