Partiya Bəyanat yayıb: Biz Ali baş kamandan, əsgər və zabitlərimizin yanındayıq
Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Bəyanat qəbul edib. Bəyanatda deyilir:
Bu gün səhər tezdən ermənilər cəbhəboyu ərazilərdə hücüma keçmişdirlər.
Ordumuz cavab atəşi açaraq əks-hücuma keçib.
ALDP bəyan edir ki, bu çetin günlərdə biz Ali baş kamandan, əsgər və zabitlərimizin yanındayıq.
ALDP xalqımızı birlik nümayiş etdirməyə çağırır.
Biz birlikdə işğalda olan torpaqları azad edəcəyik!
Qələbəyə doğru!
Tanrı Azərbaycan əsgərini qorusun !