Partiya sədri: Məndə bir əsgər kimi...

Hazırda Azərbaycan Böyük Vətən savaşı aparır. Ölkədə hər kəsin diqqəti cəbhə xəttinə yönəlib. Belə bir şəraitdə müxalifətin fəaliyyəti də maraq doğurur.

Demokratik düşərgənin planları, siyasi fəaliyyətlərini davam etdirəcəkləri yaxud donduracaqları, eləcə də, cəbhəyə gedib ordumuza istər mənəvi dəstək vermək, istərsə də əsgər kimi döyüşmək planlarının olub-olmadığı ilə maraqlandıq.

Baku News x'b'r verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat” qəzetinin sualına cavab verərkan döyüşməyə hazır olduğunu bildirib: 

Hesab edirəm ki, siyasi fəaliyyəti dondurmaq əvəzinə, əksinə, fəaliyyəti gücləndirmək lazımdır. Misal üçün biz ALDP olaraq xarici ölkələrdə əməkdaşlıq etdiyimiz partiyalara Ermənistanın hərbi təxribatı ilə bağlı məlumat göndərmişik. Bu məlumatda ermənilərin etdiyi hərbi təxribat nəticəsində həlak olanlar haqqında, ordumuzun cavab əks-hücum nəticəsində işğaldan azad olan torpaqlarımız barəsində əməkdaşlıq etdiyimiz partiyaları məlumatlandırdıq. ALDP olaraq «Bizim Qarabağ» təşviqat xarakterli video-çarxını hazırladıq və bütün sosial şəbəkələrdə yaydıq. Artıq partiya üzvlərimiz çağırış vərəqəsini alaraq hərbi hissələrə gediblər. Məndə bir əsgər kimi, torpaqlarımızı azad etmək üçün cəbhəyə getməyə hazıram. Hər bir vətəndaş Vətəni qorumaq üçün hazır olmalıdır.

0.59590888023376