Niyə sənin kimi fikirləşənləri yığıb bir aksiya keçirmirdin, səsini çıxardmırdın?
Döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryan mətbuat konfransı keçirib. Baku News APA-ya istinadən bildirir ki, mətbuat konfransında iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva Düşənbədə anadan olmuş Aznif Baqdasaryanın nənəsinin Bakıda yaşadığını və onun da hər yay Bakıya nənəsinin yanına gəldiyini söyləyib.
A.Sofiyeva deyib ki, Aznif Baqdasaryanla söhbətində ona bildirilib ki, Azərbaycan xalqının erməni xalqı ilə heç bir işi yoxdur, sadəcə, məqsəd işğal altındakı torpaqlarımızı azad etməkdir: “Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan Ordusunun dinc əhali ilə heç bir işi yoxdur”.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Dinarə Məmmədova Aznif Baqdasaryana cavab olaraq açıqlama verib. Baku News onun açıqlamasını olduğu kimi təqdim edir:
Stanislavskiy demişkən – İnammıram!
İgid əsgərlərimiz işğalda olan torpaqlarımızı azad etməkdə davam edirlər. Düşmən panikaya düşərək, hərbi texnikanı qoyub qaçır. Əlacsız qalan separatistlər cəbhə bölgəsindən uzaq olan Azərbaycanın bir neçə şəhərini bombalayıblar. Paşinyan hər gün dünya liderlərinə zəng vurub xahiş edir ki, Azərbaycana təzyiq etsinlər, müharibəni dayandırsınlar. Paşinyan kompromisə getmək istəyir və yalvarır ki, Azərbaycan kompromisə razılıq versin. Görəsən hansı kompromisdən danışır? Kompromis üçün vaxt keçmişdə qaldı. Keçmişdə azərbaycanlıların qayıtdığı Dağlıq Qarabağa xüsusi status verməyə hazır idik. Buna getməyən Paşinyan indi kompromisdən danışır. Artıq gecdir. Torpaqlarımız erməni terroristlərdən təmizlənməlidir. Və azərbaycanlılar doğma torpaqlara, yurdlarına gayıtmalıdırlar. Bundan sonra ermənilər Azərbaycan vətəndaşlığı qəbul edəcəklərsə, heç bir xüsusi imtiyazlı statussuz yaşıyacaqlar.
İndi Paşinyanın göz yaşlarına heç kim inanmır. Mən hətta bu gün xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryana da inanmıram.
Aznif Baqdasaryan bildirilib ki, “Azərbaycan xalqının erməni xalqı ilə heç bir işi yoxdur, sadəcə, məqsəd işğal altındakı torpaqlarımızı azad etməkdir”. Nə gözəl və ilk baxışdan səmimi sözlər... Birincisi, əgər belə düşünürsənsə ki, “məqsəd işğal altındakı torpaqlarımızı azad etməkdir”, onda niyə bu 30 il ərzində bunu ermənilərə demirdin? Niyə sənin kimi fikirləşənləri yığıb bir aksiya keçirmirdin, səsini çıxardmırdın? İkincisi, sənin bu sözlərin səmimi deyil, çünki sən, bomba zərbəsi nəticəsində huşunu itirmişdin və ermənilər səni qoyub gaçmışdılar. Sənin də imkanın olsaydi qaçmağa, indi Ermənistanda oturub dünyaya bağırıb deyirdin ki, azərbaycanlılar bizi “doğma” torpaqlarımızdan qovublar....
Aznif, Stanislavskiy demişkən – İnammıram!