Azərbaycan ordusu və Ali Baş Komandan hərb yolu ilə məsələni həll edib

"Putin birmənalı olaraq bildirib ki, Qarabağ Azərbaycan ərazisidir. Ola bilər ki, Putin keçmişdən danışarkən "status kvo" ifadəsini işlədib. Onu da erməni mətbuatı manşetə qoyub. Türkiyənın sülhməramlı qüvvələrinin göndərilməsilə bağlı məsələyə gəlincə, o, bunun Türkiyə və Azərbaycanın daxili işi olduğunu deyib".

Baku News xəbər verir ki, bunu Versus.az-a ALDP sədri Fuad Əliyev Rusiya prezidenti Vladimir Putinin  yerli kanala verdiyi müsahibədə Qarabağ məsələsindən danışarkən "ststus-kvo" ilə bağlı işlətdiyi fikirlərə aydınlıq gətirərkən bildirib. 

Partiya sədri  bildirib ki, Azərbaycan ordusu və Ali Baş Komandan hərb yolu ilə məsələni həll edib. Siyasi məsələnin nöqtəsi isə Azərbaycan, Rusiya və Ermənistanın qəbul etdiyi bəyanatla qoyulub. Ərazilər dekabrın 1 nə gədər boşalandan sonra, Qarabağda yaşayan soydaşlarımızın qayıtması prosesi olacaq. Bunun da qarantı Azərbaycanla bərabər, Rusiya və Türkiyədir.  

Rusiya sülhməramlı qüvvələri ilə bağlı narahatlığa gəlincə, partiya sədri bildirib ki,  sülhməramlılar ona verilən statusa görə fəaliyyət göstərir.

"Bu günlərdə məlumat yayılmışdır ki, tabe olmayan erməni separatçılar bir neçə rus sülhməramlını öldürüblər. Rusiya sülhməramlılarının rəhbərinin, deyildiyi kimi işğalçı xuntanın rəhbəri ilə görüşməsi, bu və digər məsələlərlə bağlıdır. Yəni, silahları təhvil vermək, ərazini boşaldmaq və s. kimi məsələləri müzakirə etmək üçündür. Onlara bu səlahiyyət ona vörə verilib ki, bu quldurlarla görüşüb ərazini boşaltmaq kimi məsələləri müzakirə etsinlər.  Orada çəkilən şəkillərə görə isə narahat olmaq lazım deyil. Bu ermənilərin təbliğat üsuludur. Minsk qrupunda ABŞ və Fransanın aktivliyinə gəlincə, artıq onların "qatarları" çoxdan gedib".

0.20662188529968