Fuad Əliyev "Azadlıq fədaisi" mükafatı Novella Cəfərovaya təqdim etdi

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatı 2020-ci ilin qalibinə təqdim olundu. “Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri Fuad Əliyev bildirib ki, mükafatın beşinci qalibini müəyyən etmək üçün partiyanın üzvləri arasında sorğu keçirilib.

“Ənənəvi olaraq hər il keçirilən sorğunun nəticələrinə görə qalibini Beynəlxalq insan hüquqları günündə elan edirk. Bu ilin qalibi hüquq müdafiəçisi Novella xanım Cəfərova oldu.”

ALDP sədri hüquq müdafiəçisi Novella xanım Cəfərovaya mükafat haqqında qısa bir məlumat verdi və “Azadlıq fədaisi” mükafatını ona təqdim etdi.

Novella xanım Cəfərova öz növbəsində bu mükafata görə ALDP üzvlərinə minətdarlığını bildirdi.

Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçiləri üçün nəzərdə tutulan “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib.

2016-cı ildə REAL sədri İlqar Məmmədov, 2017-ci ildə eks-spiker Rəsul Quliyev, 2018-ci ildə  AXCP sədrinin müavini Gözəl Bayramlı, 2019-ci ildə isə Tofiq Yaqublu və Oqtay Gülaliyevə  “Azadlıq fədaisi” mükafatına layiq görülüblər.

0.095550060272217