Bitkoinin qiyməti maksimuma qalxdı

Qısa müddət ərzində bitkoinin dəyəri tarixi maksimumunu yeniləyərək ən yüksək səviyyəyə qalxıb.

Bu barədə “RİA Novosti” yazır.

Ticarət həcmi baxımından ən böyük kriptovalyuta birjası olan “Binance” birjasında, Bakı vaxtı ilə 07:36-da bitkoinin dəyəri 25 min dollar olaraq qərarlaşıb, ancaq dərhal da düşüb.

20-dən çox mübadilə üçün ortalama qiymət hesablayan “CoinMarketCap” portalının məlumatına görə, Bakı vaxtı ilə 07:50-yə qədər bitkoin 5,73 % bahalaşaraq, 24 908 dollara yüksəlib.

0.38757705688477