Daha bir neçə kənddə fermerlər payızlıq əkinlərini bəyan ediblər - FOTO

Kürdəmirin rayon mərkəzindən uzaqda yerləşən kəndlərində fermerlər üçün səyyar aqrar xidmətlər təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, payızlıq əkinlərin bəyanı davam edir.

Bəyan prosesinin sürətləndirilməsi məqsədilə nazirliyin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidməti davam etdirir.

Növbəti aqrar səyyar xidmət Kürdəmirin rayon mərkəzindən uzaqda yerləşən Ərəbqubalı kəndində təşkil olunub. Xidmət çərçivəsində fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər.

Qeyd edək ki, fermerlərdən xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.

Bunadək payızlıq əkinlərin bəyanı ilə əlaqədar Xaçmaz, Masallı, Kürdəmir, Bərdə, Şəmkir, Samux və digər rayonlarda müvafiq xidmətlər təşkil olunub. Aqrar səyyar xidmətlər payızlıq əkinlərin bəyanı başa çatanadək davam edəcək.

0.4496328830719