Lukaku ən yaxşı oldu - FOTO

“İnter”in hücumçusu Romelu Lukaku ölkə xaricində çıxış edən ən yaxşı belçikalı futbolçu seçilib.

Bu barədə futbolçu özü “Twitter” hesabında yazıb.

“Burada olduğum üçün tanrıya minnətdarlığımı bildirmək istəyirəm. “İnter”dəki və millidəki yoldaşlarıma təşəkkür edirəm. Uşaqlar, siz mənə həmişə kömək edirsiniz! Məni daha yaxşı etdikləri üçün hər iki komandanın məşqçilər heyətinə təşəkkür edirəm”, - deyə R.Lukaku yazıb.

Səsvermədə Romelu Lukaku “Mançester Siti”də çıxış edən Kevin De Bröyne və “Real”ın qapıçısı Tibo Kurtuanı üstələyib.

0.29152798652649