İlk dəfə qar görən braziliyalı futbolçu klubun bazasında şortla gəzdi - VİDEO

Rusiyanın MOİK klubunun braziliyalı müdafiəçisi Bruno Fuks qarlı havada klubun bazasında gəzintiyə çıxıb.

21 yaşlı futbolçu telefonu ilə çəkdiyi görüntüləri öz “Instagram” səhifəsində paylaşıb.

O, videoda havanın temperaturunun mənfi 13 dərəcə selsi olmasını da qeyd edib.

Qeyd edək ki, B.Fuks 2020-ci ildə səkkiz milyon avro qarşlığında Rusiya klubuna transfer olunub.

Braziliyalının Moskva klubu ilə 2025-ci ilin yayına qədər müqaviləsi var.

0.30763602256775