“Milan” “Çelsi”dən müdafiəçi icarəyə götürdü - FOTO

İtaliyanın “Milan” klubu daha bir transfer həyata keçirib.

Bakunews.media klubun rəsmi saytına istinadən xəbər verir ki, İtaliya çempionatının hazırkı lideri İngiltərənin “Çelsi” klubundan Oluvafikayomi Oluvadamilola Tomorini iyunun 30-dək icarəyə götürüb.

Qısaca Fikayo Tomori adlanan Kanada doğumlu futbolçu mövsümün sonunda “Milan”a tamamilə keçmək hüququna sahibdir.

Qeyd edək ki, Nigeriya əsilli 23 yaşlı mərkəz müdafiəçisi olan bu futbolçudan əvvəl “Milan” xorvatiyalı hücumçu Milan Mançukiçi heyətinə qatmışdı.

Səbuhi Musayev

0.31798410415649