“Çelsi” yeni baş məşqçisini təqdim etdi - FOTO

“Çelsi” Frenk Lemparddan boşalan baş məşqçi postuna yeni təyinatı açıqlayıb.

Bu barədə klubun rəsmi “Twitter” hesabı məlumat yayıb.

Tomas Tuxel futbol komandasına yeni baş məşqçi təyin olunub.

48 yaşlı almaniyalı mütəxəssislə 18 aylıq müqavilə bağlanılıb.

Artıq Tuxel kollektivlə ilk məşqə də çıxıb.

Yanvarın 27-də isə “zadəganlar” Premyer Liqanın XX tur qarşılaşmasında “Vulverhempton”u sınağa çəkəcək.

 

0.27031111717224