Özil İstanbulu Napaleonun fikirləri ilə tərif etdi - FOTO

Məsut Özil “Fənərbağça” ilə müqavilə imzaladıqdan sonra öz “Instaqram” hesabında paylaşım edib.

Futbolçu qeyd edib ki, uzun illər arzusunda olduğu klubun formasını geyinə bildiyinə görə çox xoşbəxtdir.

“Uşaqlığımın komandası olan  “Fənərbağça”da, Napaleon Bonapartın “dünya bir ölkə olsaydı onun paytaxtı İstanbul olardı” dediyi şəhərdə həyatımın yeni bir səhifəsini açmağın zamanı yetişdi”, - futbolçu qeyd edib.

M.Özil ona Londonda təyyarə mindiyi andan etibarən dəstək verən “Fənərbağça” azarkeşlərinə də xüsusi minnətdarlığını bildirib.

“Söz verirəm ki, bu dəstək və inama görə sizi mükafatlandırmaq üçün müqaviləmin son gününə qədər mübarizə aparacağam. Ümid edirəm ki, birlikdə çox xoşbəxt günlər keçirəcəyik” – futbolçu fikirlərini tamamlayıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Mesut Özil (@m10_official)

 

0.32834386825562