Ronaldu və sevgilisi karantin qaydalarını pozaraq ad günü keçirdi

İtaliyanın “Yuventus” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu karantin qaydalarını pozmaqda ittiham olunur.

Bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.

Mənbə iddia edir ki, portuqaliyalı hücumçu sevgilisi Corcina Rodrigeslə birgə COVID-19 məhdudiyyətlərinə məhəl qoymayaraq, dağ xizəyi kurortunda istirahətə yollanıb.

Cütlük C. Rodrigesin doğum gününü qeyd edib.

0.15159893035889