AFFA-nın Premyer Liqa klublarına ayırdığı maliyyə yardımının həcmi açıqlandı

AFFA 2020-ci ildə dörd futbol klubuna 2,5 milyon manat maddi yardım göstərib. 

Bakunews.media-ın AFFA-nın 2020-ci il üçün maliyyə hesabatından əldə etdiyi məluma görə, 30 iyul tarixində “Qəbələ” və “Zirə” klubları Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar AFFA-ya maddi yardımla bağlı müraciət edib.

Bu səbəbdən “Qəbələ” klubuna 1,5 milyon manat, “Zirə”yə isə 500 min manat maliyyə yardımı göstərilib.

Həmçinin, Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar “Sumqayıt” klubuna 300 min manat, “Səbail” klubuna isə 200 min manat maliyyə yardımı da verilib.

Maliyyə yardımı ayrılmış bütün klublar uşaq futbolu ilə bağlı layihələrini davam etdirməklə bağlı öhdəliyi qəbul edib. AFFA qeyd olunmuş klublara ayrılan maliyyə vəsaitinin audit yoxlamasının aparılması səlahiyyətini özündə saxlayıb. Qurum qeyd olunmuş klublara ayrılan maliyyə vəsaitinin sərf olunacağı proritet istiqamətin uşaq və gənclər futbolu olmasını, həmçinin məvaciblərin süni şəkildə artırılmaması şərtilə əsas komandaların heyətində gənclərdən ibarət millilərə potensial namizədlərə yer verilməsini tövsiyə edib.

AFFA tərəfindən ötən mövsümlərdə I Divizionda iştirakla bağlı maliyyə yardımı göstərilən klublara eyni qaydada növbəti mövsüm üçün də maliyyə yardımı təmin olunub.

0.28472495079041