Bu məmurlar işin rüşvət almaqdan, büdcəni talamaqdan ibarət olduğunu düşünürlər

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova Xəbər-PS suallarını cavablandırıb.

- Pandemiya, həm də müharibədən sonra bəzi məmurların davranışında dəyişiklik gözlənilirdi. Amma elə də böyük dəyişiklik olmadı...

- Vətən müharibəsində əldə edilmiş qələbədən sonra çoxu belə fikirləşdi ki, 30 il ərzində yaşadığımız çətin bir dövr keçmişdə galdı. İndi müsbət dəyişikliklər olacaq. Qələbədən sonra biz hamımız dəyişdik, amma məmurlar dıyişmədi. Yenə də bunların beynində bir məsələ var- necə edim ki, xalqın, dövlətin pulunu mənimsəyim. Amma proses dəyişikliyə doğru gedir. Dəyişikliyin olduğunu müşahidə etmək üçün bir az vaxt lazımdır. Mən şəxsən inanıram ki, əvvəlki kimi olmayacaq. Bir çox məmurları həbsxana gözləyir.. 

- Müharibədən sonra  korrupsiyaya qarşı mübarizə davam etdirilir. Bir neçə məmur korrupsiya əməllərinə görə həbs edildi. Sonuncu həbs, sabiq nazir Səlim Müslimov oldu…

- Neqativ hallara qarşı mübarizə gedir, amma elə məmurlar var ki, həmkarlarının başına gələn hadisələr sanki onlara ibrət olmur. Bir müddət keçən kimi onlar yenə də bacardıqları kimi özlərini aparmağa başlayırlar. Bu məmurlar işin rüşvət almaqdan, büdcəni talamaqdan ibarət olduğunu düşünürlər. İki il bundan qabaq işdən azad olunan Səlim Müslümov korrupsiya, yeyintiyə görə həbs olundu. Bəzilər fikirləşirlər ki, işdən çıxıb, evdə rahat oturub oğurlanmış pulları xərcliyəcəyəm. Belə deyil. Bu kasıb, əziyyətlə dolanan insanların pullarını “yemək” olmaz. Bir vaxt cavab verəcəksiz.

-Prezidentin tənqid etdiyi məmurları gözləyən aqibəti sizing fikrinizcə necə olacaq?

-Mənim fikrimcə, adları konkret çəkilən qurumların rəhbərləri istefa verməlidir. Ya da prezident bunların hamısını işdən çıxardıb layiqli kadrlar qoymalıdır. Azərbaycanda məmurun istefa mədəniyyəti olmur. Məncə ikinci daha real görsənir. İndi görək kim və nə zaman gedəcək?

 

0.089601039886475