Fuad Əliyevdən maraqlı təklif-Seçkilərdə “Elektron səsvermə” tətbiq olunsun

Fuad Əliyev: Mən, növbədənkənar parlament seçkilərinin keçirilməsini gözləyirəm. Amma bundan əvvəl mojaritar seçki sistemi ləğv edilməli, proporsional seçki sistemi bərpa olunmalıdır.

Baku News xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayına münasibət bildirərkən deyib.

Fuad Əliyev bildirib ki, qurultayda YAP-ın rəhbərliyində nəsil dəyişməsi baş verdi:

“Vətən müharibəsində qələbəmizdən sonra siyasi partiyalarla dialoqun davamı, 6 partiyanın YAP-a birləşməsi də xüsusi qeyd olunmalıdır. YAP rəhbərliyini təbrik edir, onlara uğurlar arzu edirəm”.

ALDP sədri qeyd edib ki, YAP-nın qurultayından sonra siyasi islahatlara ehtiyac yaranır.

“Mən, növbədənkənar parlament seçkilərinin keçirilməsini gözləyirəm. Amma bundan əvvəl mojaritar seçki sistemi ləğv edilməli, proporsional seçki sistemi bərpa olunmalıdır. Həm bunula bağlı, həm də digər məsələlərlə bağlı Prezident Administrasiyasına  təkliflərimizi göndərmişik”.

ALDP sədri göndərilən təkliflərin bəzilərini açıqladı:

- Partiyaların dövlət qeydiyyatına alınması üçün 1000 nəfərin imzası kifayətdir. 

- Partiyaların nizamnamədə əks olunan vaxtda qurultayın keçirilməsi mütləqdir.

- Prezident, parlament, bələdiyyə seçkiləri və referendumda iştrak etməyən partiyalaırın qeydiyyatı məhkəmə qərarı ilə ləğv olunmalıdır. 

- Siyasi fəaliyyət göstərməyən, ictimai-siyasi proseslərdə iştirak etməyən, mediada görünməyən partiyaların fəaliyyəti qadağan olunmalıdır.

- Partiyalar üzərində dövlət nəzarəti gücləndirilməlidir. 

- İki ildən bir partiyaların fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən monitorinqlər aparılmalıdır. 

- İki ildən bir partiyalar Ədliyyə və Vergilər Nazirliklətinə hesabat verməlidirlər. 

- Milli Məclis seçkiləri proporsional seçki sistemi ilə keçirilməlidir. İlkin olaraq (keçid seçki)  50 faiz majoritar, 50 faiz proporsional seçki sistemi ilə keçirilməlidir. Növbəti seçkilər isə 100 faiz proporsional seçki sistemi ilə keçirilməlidir. 

- Azərbaycan Respublikasının  Milli Məclisinə və Bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsi 3 ay müddətində, prezident seçkilərinin isə 4 ay müddətində keçirilməsini təklif olunur.

- Prezident, parlament və bələdiyyə seçkilərində “Elektron səsvermə” — səsvermənin müxtəlif növlərini ehtiva edərək həm elektron səsvermə vasitələrini, həm də səslərin texniki hesablama vasitələrin tətbiq olunması təklif olunur.

-Seçkilərdə iştirak edən partiyalara təbliğat, təşviqat aparmaq üçün dövlət tərəfindən vəsait ayrılmalıdır. 

-Təkcə parlamentdə təmsil olan partiyalar deyil, seçkidə iştirak edib az səs toplayan partiyalar da fəaliyyətlərini davam etdirmək,  genişləndirmək üçün dövlət büdcəsindən maliyyələşməlidir.

Bu bölgüdə üstünlük parlamentdə təmsil olunan partiyalara verilməlidir. 

Parlament seçkilərdə iştrak edən və ən azı 5 faiz səs qazanan partiyalardan formalaşır. Parlamenti formalaşdıran partiyalar qazandığı səslərə uyğun olaraq 1 səs – 1 manat hesablanaraq dövlət büdcəsindən maliyyəşməlidir. 

Parlament seçkilərində iştrak edən və seçicilərin 5 faizdən 2 faizə qədər səsini toplayan partiyalar, parlamentdə təmsil olunan partiyaların dövlət büdcəsindən aldıqları vəsaitin yarısı qədər maliyyəşməlidir. 

- Dövlət və dövlətçilik prinsiplərinə zidd fəaliyyət göstərən, müstəqilliyimizə təhdid yarada bilən və biləcək partiyaların fəaliyyəti qanuna uyğun formada qadağan olunmalıdır. 

- Parlamentdə təmsil olunmayan partiyalar Mərkəzi Seçki Komissiyasının (MSK), Dairə və Məntəqə Seçki Komissiyaların formalaşmasında iştrak etməlidirlər.

Fuad Əliyevinsözlərinə görə, qurultayda diqqət çəkən daha bir mühüm məqam Prezidentin digər siyasi partiyalarla əməkdaşlıq barədə verdiyi açıqlama olub: 

“Bu açıqlama çox ümidvericidir və siyasi sistemin daha da güclənməsinə yol açacaq”.

8.7583599090576