Süni problemlər yaradaraq, vətəndaşların qanuni işlərin həll etmək üçün rüşvət istəyirlər
“Həbsxana həyatı istər-istəməz insana təsir edir, səhətində problem yaranır. Azadlığa çıxandan sonra çoxlarında adaptasiya dövrü çox az olur. Çoxları həbsxana dövründə aldığı psixoloji sarsıntıları, hətda psixoloqa müraciət etmədən, tez yaddan çıxarır. Səhətlərində bir fəsad da qalmır. Görünür İlqar Məmmədov həbsəxanadan çıxandan sonra psixoloji yardım almayıb. Buna indi psixoloji yardım yox, bunu psixiatra göstərmək lazımdır”.
Bu fikirləri Versus.Az-a ReAl Partiyasının sədri İlqar Məmmədovun uşaqpulu mövqeyindən çıxış edən şəxsləri aşağılaması, “debil” adlandırması ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev söyləyib.
Partiya sədri vurğulayıb ki, İlqar Məmmədovun və onun ətrafında olan 1-2 nəfərdə nasisizm əlamətləri var:
“Bu həmin adamdır ki, təxminən bir ay bundan qabaq demişdi ki, korrupsiyaya qurşanmış məmurları həbs etmək lazım deyil, büdcədən, xalqın, oğurladığı pulların hesabına əldə etdiyi əmlakları musadirə etmək lazım deyil...
Uşaqpuluna gəlincə, hesab edirəm ki, bunun müzakirəsi aparılmamalıdır. Uşaqpulu birmənalı olaraq verilməlidir. İstər birinci uşaq üçün, istər ikinci uşaq üçün və sair. Əslində az da olsa, dövlət bu yardımları edir, çox az bir məbləğdir. Biz çalışmalıyıq ki, dövlət tərəfindən verilən uşaqpulu üç, dörd dəfə artsın”.
Fuad Əliyev uşaqpulunun necə və hardan artırılmalı olduğuna da aydınlıq gətirib:
“Birincisi, dövlət büdcəsindən maliyyəşdirilən və bir neçə dəfə şişirdirilmiş layihələrdən. İkincisi, nazirliklərin, komitələrin nəzərdə tutulan yeni inzibati və sairə binaların tikintisinə ayrılan vəsait. Misal üçün, Mərkəzi Bankın yeni binanın tikilməsi üçün nəzərdə tutulan 450 million manat. Üçüncüsü, istər həbs olunan, istərsədə bu gün vəzifədə olan məmurların villaların, saray-evlərin musadirə olunması. Bu əmlaklar rüşvət, korrupsiya əməli olan, “qara” pullar hesabına tikilən əmlakdır. Sürdükləri və qarajda olan maşınlarına baxın. Bir maşının qiyməti 300-400 mindir. Qarajlar sanki aftosalonlardı. Hüquq-mühafizə orqanları bunları ciddi araşdırmalıdır. Bir nazirin, məmurun aldığı maaş 1000-2000 manat təşkil edir. Soruşmaq lazımdır ki, sən bu maaşla yüz milyonluq əmlaka necə sahib olmusan?! Özüdə bu əmlak bir deyil, respublikanın hər bir rayonunda var. Bu “qara” puların ciblərə axını dayandırılsa, onda budcəmizdə kifayət qədər vəsait olar və digər sosial proqramlara, yardımlara yünəldilər”.
ALDP sədri qeyd edib ki, torpaqlarımızı ermənilər işğal etmişdilər, məmurlar da bu faktdan istifadə edib büdcəni talan edir, büdcəni sözün əsl mənasında işğal etmişdilər:
“Torpaqlarımızı işğaldan azad etdik, amma büdcəmizi bu məmurlardan azad edə bilməmişik. İndi isə post-müharibə vəziyyətindən istifadə edərək, vətəndaşların sosial problemlərin həlli ilə məşğul olmurlar. Halbu ki heç bir problem yoxdur. Süni problemlər yaradaraq, vətəndaşların qanuni işlərin həll etmək üçün rüşvət istəyirlər. Ona görə də indiki vəziyyət məmurlara sərf edir”.