Partiya sədri: Onlar Rusiyanın təsirindən qurtulmaq istəyirlər
Versus.az xəbərinə görə Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində Qarabağ məsələsi müzakirəyə çıxarılacaq. Müzakirələr “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusu ətrafında aparılacaq.
Maraqlıdır, bu müzakirələr Azərbaycana nə verə bilər və Qafqazda Gürcüstan üçün president nədir?
Məsələ ilə bağlı Versus.Az-a münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, Gürcustanda hal hazırda Rusiyaya loyal hakimiyyət mövcuddur.
Partiya sədrinin sözlərinə görə, onlar Rusiyanın təsirindən qurtulmaq istəyirlər:
“Gürcüstan Abxaziya və Simali Osetiya problemini hələ də həll edə bilməyib. Mənim fikrimcə, ola bilsin ki, gürcülər İkinci Qarabag – Vətən Müharibəsinin nəticələrindən həvəslənərək öz problemlərini, Abxaziya və Simali Osetiya məsələsini həll etsinlər. Ona görə bu məsələnin müzakirəsi qapalı formatda keciriləcək”.
Fuad Əliyev qeyd edib ki, eynilə Ukrayna da indi öz daxili problemlərini "DNR" və "LNR" həll etmək istəyirlər. Amma Gürcüstan nə bizim, nə də ki, ermənilərin tərəfini saxlamayacaq:
“Gürcülər Azərbaycanın enerji daşıyıcılarından asılıdır, buna baxmayaraq, bizi açıq şəkildə dəstəkləməyəcəklər. Əksinə, bir neşə məsələlərdə ermənilərə daha yaxındırlar. Bizim də Gürcüstanla sərhəd məsələlərimiz hələ də həll olunmayıb. Gürcülər tarixi "Gəncə qapıları"nı hələ də qaytarmayiblar, orada yaşayan 300 mindən çox azərbaycanlının hüquqları hələ də pozulur. Bu baxımdan, bizim mövqelərimiz müdafiə olunmayacaq.
Qeyd etdiyim kimi, Gürcüstan çalışacaq ki, bu müzakirədə öz problemlərini necə həll etməyin yollarını tapsın. Çıxış yollarını müzakirə edəcəklər ki, Rusiyanın təsirindən çıxsınlar və öz torpaqlarını qaytarsınlar”.