Niyə onlar bu səfəri “həzm” edə bilmirlər? - Sərt açıqlama

Prezident Administrasiyasının təşkilatçılığı ilə Novruz bayramından öncə siyasi partiya rəhbərlərinin işğaldan azad edilən Ağdama səfəri müxalifət düşərgəsində növbəti qalmaqala səbəb olub. Tarixi ərazilərimizə səfər edən partiya rəhbərləri “mənəvi terrora” məruz qalıblar. Milli Şura funksionerləri səviyyəsində Ağdama səfər edənlər ən sərt formada tənqidlərə məruz qalır, hətta bəzi hallarda təhqir də olunurlar.

Sizin fikrinizcə, niyə onlar bu səfəri “həzm” edə bilmirlər?  sualına Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a açıqlamasında sərt danışdı:

“Əslində ölkəmizdə əhalinin böyük əksəriyyəti bu “milli juliklərin” mövcudluğunu unudub. Müxalifət daxilində gərginliyi müxalifəti parçalayan bu “juliklər” yaradıb. Danışmağa bir mövzu tapmırlar. İndi bizim hesabımıza gündəmdə qalmaq istəyirlər. İqtidar qalıb kənarda, bizim fəaliyyətimizi müzakirə edirlər, öz aləmlərində gözdən salırlar. Bizim Qarabağa səfərimiz sizə niyə belə toxunur? ALDP olaraq hakimiyyətlə açıq şəkildə mübarizə aparır və açıq şəkildə dialoqda iştirak edirik. Sizin kimi, illər boyu gündüz hakimiyyəti tənqid edib, axşam isə onlarla görüşməmişik. Siz və sizin liderləriniz gecədən səhərə gədər məmurların qapılarında dururduz. Sizlər illər boyu xalqı aldadıb, xalqa ümid verib, hakimiyyətlə iş birliyinə getmisiniz, deputat olmusunuz, şəxsi maraqlarınızı təmin etmisiniz. Milli Şuranı yaradıb, özünüzə lider seçdiyiniz İbrahimbəyovun ”ayın əvvəli gəlirəm", “ayın sonu gəlirəm” dediyi yalan sözlər hamımızın yadındadır. Sizlər xalqın son ümidini bununla da qırdınız. Amma xalqımız hər şeyi görür. Xalq lazımi qiyməti verəcək, orada iştirak edənlərə də, etməyənlərə də. Bizim işimiz isə sizinlə deyi. Biz hakimiyyətlə mübarizə aparırıq. Və bu mübarizəni xalqın rifahına görə aparırıq, sizin kimi şəxsi maraqlara görə yox".

8.2511088848114