Partiya sədri: Bu faktlar təkcə həbs olunanlara aid deyil
Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirildiyi, icra başçısı Alimpaşa Məmmədovun, başçının birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyevin və digər vəzifəli şəxslərin saxlanıldığı haqda məlumatlar yayılıb. Bundan başqa “Yeni klinika” tibb müəssisəsinin direktorunun və FHN Modul tipli xəstəxananın baş həkiminin qanunsuz əməllərinə görə həbs olduqlarını məlumat yayılıb.
Baku News-un məlumatına görə, Xəbər-Ps-ə açıqlama verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, bu həbslər gözlənilməz deyil:
“Açığı bu faktlar təkcə həbs olunanlara aid deyil. Vətəndaşlar demək olar ki, bütün dövlət strukturlarda korrupsiya və rüşvət, məmur özbaşınalığı ilə rastlaşırlar. Biz məmur özbaşınalığı ilə bağlı illər boyu deyirik. İndi hakimiyyət daxilində nəsə baş verəndə, məmurları həbs edirlər. Deməli, bu korrupsiya faktları, məmur özbaşınalığı ilə bağlı hüquq mühafizə orqanlarında məlumatlar var. Amma onlar vətəndaşların şikayətlərinə görə yox, hakimiyyət daxilində çəkişmlər baş verəndə hərəkətə keçirlər”.
“Mən dəfələrlə demişəm ki, hakimiyyət kadr siyasətini düzgün aparmır. Hakimiyyətin çoxdandır ki, kadr potensialı, kadr seçimi imkanı tükənib. Bir məmuru bir vəzifədən çıxardıb başqa vəzifəyə təyin etmək və yaxud “köhnə” kadırların əvəzinə yeni, cavan kadırları gətirmək, hələ də kadr islahatı demək deyil. Baxın, “Yeni klinika” və FHN Modul tipli xəstəxanada gənc və xaricdə təhsil alan kadırları təyin etdilər. Və nə baş verdi? “Köhnə hamam, köhnə tas”. COVİD-19 xəstələrdən külli miqdarda pul alırdılar. Bu da hakimiyyətin yeni kadırlar”- ALDP sədri qeyd etdi.
Fuad Əliyev baş verən hadisələrin cəmiyyətdə çox ciddi narahatlıq və səhiyyəyə olan inamsızlığın daha da gücləndirilməsini geyd edib:
“Pandemiyə başlayandan bu tipli xəbərləri eşidirdik. Əgər əvvəl bunu gizlin, ehtiyatla edirdilərsə və bu tipli xəbərlər tək-tük idisə, son altı ayda çox açıq, heç kimdən gorxmadan edirlər. Xəstəyə baxmaq üçün pul istəyirlər. COVİD-19 yüngül yoluxanların yaxınları pul vermiyəndə vəziyyətləri ağırlaşıb dünyasını dəyişirlər. Mənə, sizə belə faktlar çatırsa Səhiyyə nazirliyə və TƏBİB-ə çatmır? Yaqin ki məlumatları var”.
“Mən koronavirusa yoluxanda, vəziyyətim çox ağır idi, dedilər ki, klinikalarda yer yoxdur. Amma müraciət etdiyim gündən əvvəl və sonrakı günlərdə eşidirdim ki, 3-5, hətta 10 min alıb xəstələri klinikalara yerləşdirirdilər. Bu faktlar demək olar ki bütün klinika və xəstəxanalara aid etmək olar”-ALDP sədri bildirdi.