Partiya sədri: Bu ABŞ Prezidentinin beynəlxalq hüquqa zidd və populist bəyanatıdır

“ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi fikirlər tarixi həqiqətlərin təhrif olunmasıdır”.

Baku News xəbər verir ki, bu fikri Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında bildirib.
ALDP sədrinin sözlərinə görə, heç bir sübutu olmayan tarixi hadisələrə indiki həssas məqamda qiymət verməyə cəhd göstərmək səhv addımdır:

“Sözsüz ki, burada uzun illərdir onunla ciddi iş aparan erməni lobbisinin əsas rol oyandığını nəzərdən qaçırmaq olmaz. Son nəticədə ABŞ Prezidenti beynəlxalq hüquqa zidd və populist bəyanatla çıxış etməklə özünü çətin duruma saldı. Təbii ki, ABŞ Prezidentinin bəyanatı Azərbaycanda da olduqca mənfi qarşılanır. Belə ki, Azərbaycan dövləti buna kəskin reaksiya verib və Türkiyənin yanında olduğunu nümayiş etdirib. Ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyalar da Co Baydenin bu uğursuz addımını qətiyyətlə pisləyib. Hesab edirəm ki, biz qondarma “erməni soyqırımı” ilə bağlı əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün birgə səylə çalışmalıyıq”. 

 

3.3282179832458