Prezident: “Azərbaycan qazının Avropaya çatdırılması böyük tarixi hadisə idi”

“Azərbaycan qazının Avropaya çatdırılması böyük tarixi hadisə idi”. 

Bakunews.media-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrində deyib. 

Dövlət başçısının sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi bütün prizmalardan böyük çağırışlar deməkdir – istər siyasi, istər maliyyə, istərsə də texniki cəhətdən.

İlham Əliyev qeyd edib ki, Azərbaycan qazı Avropa üçün yeni enerji mənbəyidir və bu, dünya ölkələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın təzahürüdür.

Aqşin Kərimov

0.4428231716156