Sahibə Qafarova Avropa Parlamentinin qətnaməsini tənqid etdi

Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin Ermənistanın xeyrinə qəbul etdiyi qətnaməyə münasibət bildirib. 

Bakunews.media-ın xəbərinə görə, S.Qafarova parlamentin iclasında deyib ki, həmin qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir və o kağız parçasından başqa bir şey deyil. 

“Bu sənəd Avropa İttifaqının siyasətini əks etdirmir”, - deyə S.Qafarova əlavə edib.

Qeyd edək ki, Avropa Parlamenti Azərbaycanda saxlanılan erməni terrorçuları hərbi əsir kimi qələmə verib.

Aqşin Kərimov

0.37849807739258