ALDP sədri iki rayonun "padşahlara" xəbərdarlıq etdi

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev şəxsi youtube kanalında çıxış edib.

ALDP sədri bildirib ki, partiyanın elektron poçtuna çox saylı müraciətlər daxil olunur:

“Partiyanın elektron poçtuna vətəndaşlardan yüzlərlə müraciət, şikayət daxil olur. Vətəndaşların şikayətləri əsasən məmur özbaşınalığındandır. Biz çalışırıq bu məsələləri içtimailəşdirmədən vətəndaşlara köməklik edək, problemləri həll edək. Amma bəzi məmurlar “get, kimə şikayət edirsən, et” deyərək, əlavə problemlər yaradırlar. Bu kiməsə qüvənən məmurlardan biri  Qobustan Rayon İcra Hakimiyyətin başçısı Adil Məmmədovdur. Bu Adil Məmmədov 2011-ci ildən bu vaxtadək,  yəni, 10 ildir ki Qobustan rayonunda “padşahlıq” edir.  Adil Məmmədovdan  şikayətlər fermerlər, ucqar kəndlərində yaşıyanlardan gəlir”.

Onun sözlərinə görə Qobustan rayonunda insanların hüquqları hər sahədə kobudcasına pozulur:

“Adil Məmmədov və onun məmurları əkin sahələri başqa-başqa adamlara satıblar. Fermerlər vəkəndlilərə məxsus  əkin torpaqları kənardan gələnlərə satırlar. Kənd təsərrüfatı üçün olan torpaqlarda icra hakimiyyətinə pull verib ev, villalar tikirlər”.

Fuad Əliyev qeyd edir ki, şikayətçilərin, çoxlarına hədə-qorxu gəlirlər, hədələyirlər. Buna görə də çoxları səsini çıxartmırlar:

“Qobustan rayon sakinləri bildirirlər ki, bu problemlə bağlı dəfələrlə şikayət ediblər. Heç kim Adil Məmmədova dur demir.  Belə çıxır ki, bu ölkənin qanunlarının ona aidiyyatı yoxdur. Sanki ölkə başçı İlham Əliyev yerlərdə məmur özbaşınalıqlarına son qoyulması barədə çağırışlarını eşitmir kimi.  Adil Məmmədova bu cəsarəti görəsən kim verir?”
“Şikayətçilər məktublarında bildirirlə ki,  əsassız olaraq alınmış yerlərin  qaytarılmasında onlara köməklik edim. Mən də öz növbəmdə onlara köməklik etməyə çalışacağıma söz verdim. Adil Məmmədov, bu problemləri şişirtmədən həll edin. Əks təqdirdə bizim hüquqşünaslar hüquqi müstəvidə bu məsələləri həll edəcəklər”- ALDP sədri qeyd etdi.

ALDP sədri Xızı rayonunda olan problemlərdən də danışdı:

“Eyni problemlərlə Xızı rayonun sakinləri üzləşiblər. Şikayətçilər Xızı Rayon İcra Başçısı Xəzər Aslanovun öz qanunsuz əməlləri qeyd edirlər. Qeyd edim ki, Xəzər Aslanov da 10 ilə yaxındır ki, Xızı rayonunda “padşahlıq” edir.

Maraqlıdır ki, bir neçə il ərzində Prezident Adminstrasiyasına edilən çoxsaylı şikayətləri özünəməxsus üsulları ilə “zərərsizləşdirməyi” çox asanlıqla bacarır. Xəzər Aslanov Adil Məmmədov kimi kiməsə arxayındır. Şikayətçilər bildirirlər ki, otlaq üçün nəzərdə tutulan torpaqlar zəbt olunub. Onların dediklərinə görə Xəzər Aslanovun razılığı ilə torpaqlar Milli Elmlər Akademiyasının balansına verilib. Bununla bağlı mən partiyanın hüquqşünaslarına tapşırıq verdim ki, bu məsələni araşdırsınlar. Əgər bu qeyri-qanuni əməllər öz təsdiqini tapsa, onda bu məsələdə hüquq müstəvəsində, məhkəmədə öz həllini tapacaq”.

 

 

0.094545841217041