Partiya sədri: Niyə bu saxtakarlığı qeyd edən məmurlar cəza almırlar?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Cebhe TV-nin qonağı olub.

Verlişdə ölkədə ictimai-siyasi vəziyyət, qiymət artımı, təhsildə olan problemlər müzakirə olunub.

Rusiya sülhməramlıların mandatdan kənar fəaliyyəti və Azərbaycan-Ermənistan sərhədində atəşmalarla bağlı suala Fuad Əliyev belə cavab verdi:

“Hesab edirəm ki, bu atışmalar hələ uzun müddət davam edəcək. Hətta sülh müqaviləsi bağlanandan sonra ermənilər tərəfindən bu təxribatlar olacaq. Hesab edirəm ki, hər bir təxribatın cavabı verilməlidir. İstər silahla, istərsə də diplomatik yolla. Bu cavablar mütləq verilməlidir”.

“Ermənistan torpaq iddialardan əl çəksə, qondarma “soyqırım”-ı gündəmə gətirməsələr, onda regionda nəzərdə tutulan bütün iqtisadi layihələrdə iştrak edəcək. Qonşularla, xüsusilə Azərbaycan və Türkiyə ilə, münasibətləri normal qursalar, bu münasibətlərin xeyrini görəcəklər. Amma münasibətlərin pozulması dərinləşməsi, danışıqlar prosesində destruktiv mövqeyindən çıxış etsələr onda yenə də bu iqtisadi layihələrdən kənarda qalacaqlar”-ALDP sədri qeyd etdi.

Qiymətlərin qalxmasına və toylara şərtlərlə icazə verilməsinin səhv olduğunu qeyd edən Fuad Əliyev bunu bildirdi:

“Pandemiya dövründə qiymətlərin qaldırılması səhv addımdı. İndi hamısı Tarif Şurasından danışır. Amma heç kim marketlərdə qalxan qiymətlərdən danışmır. Hər gün qiymətlər qalxır. Bunu heç kim demir”.

Hakimiyyətin sosial siyasətindən razı olub, olmamasına sualına Fuad Əliyev belə cavablandırıb:

“Bizə vətəndaşlardan şikayət məktubları gəlməsəydi, deyərdim ki, razıyam. Amma belə deyil. Hər gün vətəndaşlardan onlarla şikayət məktubları alırıq. Son vaxtlar əlilliklə bağlı yaranan problemlərlə gəlir. İyirmi mindən çox vətəndaşın əllilik qrupu ləğv olunub. Onların işlərinə yenidən baxılır. İndi deyirlər ki, çoxların əllilik qrupu saxta olub. Vətəndaşları cəzalandırılar. Bunu başa düşdüm. Onda niyə bu saxtakarlığı qeyd edən məmurlar cəza almırlar? Buna imkan yaradan, əllilik qrupunu “əldə” etmək üçün pul alan məmurlara qarşı cinayət işi açılmalıdır, rüşvət aldıqlara görə. Saxtakarlığın başında duran elə bu məmurlardı, vətəndaşlar yox”.

Səhiyyə və təhsildə olan problemlərə toxunun ALDP sədri bunu bildirdi:

“Həkim və müəllimlərin maaşları mütləq qalxmalıdır ki, onlar valideyinlərin “əllərinə” baxmasınlar. Deyirlər fond pulu yığmırlar. Necə yəni yığmırlar? Fond pulu yığılır, bunu hamı bilir. İndi ola bilər pandemiyaya görə yığılmasın. Amma pandemiyadan qabaq həmişə yığılırdı. Ümumiyyətlə, təhsil sistemi desəm, təhsil çox zəifdir. Bu sistemi oxuyan universitetləri bitirən savadsız müəllimlər çoxdur. Bu test sistemi savad vermir. Hamı robot kimi əzbərliyir sualların cavablarını. Amma testdən kənar bir sual verirsən, şagird bilmir. Hətta yüksək bal toplayan şagirdlərdə bilmir”.

İqtidar-müxalifət dialoqda iştrak edənlərə müxtəlif fikirlər səslənməsinə fikir bildirən Fuad Əliyev, bildirib ki, “avtobus müxalifəti” kimi adlandıran bəzi partiyalar çoxdandır ki, tarixin arxivindədirlər.

“Bu partiyalar uzun müddət hakimiyyətlə iş birliyi olub. Uzun müddət bu partiyalar hükimiyyətnən “alverə” gedib parlamentdə təmsil olunublar. Gündüz hakimiyyəti söyürdülər, gecələr isə qapılarını döyüdülər ki, biz sizinləyik. Biz isə hakimiyyətlı görşlərimizi açıq və şəffaf keçiririk. Mətbuata veririk məlumatları, görüşdə galdırılan məsələləri. Vətəndaşların problemlərin həllini çalışırıq. Day sizin kimi şəxsi problemləri yox. Elə cib müxalifət sizsiz. Siz ağa qara, qaraya ağ, inkar siyasətini apardığınıza görə vətəndaşların müxalifətə inamını sındırmısız. Hakimiyyətdə sizinlə danışıqlara getmir. Biz bu görüşlərdə vətəndaşların problemləri həll etdiyimizə görə, müxalifətə inamı bərpa edirik. Və bizim bu yolumuz ən düzgün yoldur. Vətəndaşlar da bu yolda bizi dəstəkləyir”.

0.059788942337036