ALDP sədri: Allahşükür Paşazadə yaxşı bilir ki, Qələbəni təmin edən xalqımızın iradəsi olub

"Fikrimcə, Allahşükür Paşazadənin fikirləri təhrif olunub. İnanmıram ki, Şeyx belə siyasi səhv buraxsın”.

Bunu Baku News-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

ALDP sədri hesab edir ki, Allahşükür Paşazadənin açıqlamasında olan fikirlər kontekstən çıxarılıb:

“Yazılar ki, Şeyx açıqlamasında deyib ki, İranın dini lideri Xameneinin fətvası qələbəni yaxınlaşdırdı. Allahşükür Paşazadə yaxşı bilir ki, Qələbəni təmin edən xalqımızın iradəsi olub. Xalq birliyi nümayiş etdirərkan orduya dəstək verdi. Bu iki güc zəfərə gətirib çıxartdı. Bu 30 il ərzində İRAN-ın mövqeyi hamıya bəlli idi. Amma Vətən müharibəsi zamanı İran rəsmiləri Azərbaycan ordusunun uğurlarını görüb bizim haqllı olduğumuzu bəyan etdi. Ona görə, fikrimcə, Allahşükür Paşazadənin fikirlərini təhrif olunub. İnanmıram ki, Şeyx belə siyasi səhv buraxsın”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib ki, Xameneinin fətvası Vətən müharibəsindəki qələbəmizin müjdəsi oldu.

0.088845014572144