Makronun ermənipərəst mövqeyi Azərbaycan-Fransa münasibətlərinə əlavə gərginlik gətirdi

“Hesab edirəm ki, Makronun bu səfəri Fransanın itirilmiş mövqeyinin bərpasına hesablanıb. Fransanın Cənubi Qafqazda üç respublikadan ikisinə təsiri var. 2008-ci ildə Fransa prezidentin Gürcüstana fövqaladə səfəri, Gürcüstanı işğaldan xilas etdi. Fransanın Ermənistanla yüksək olan əlaqələri hamıya məlumdur”.
Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
ALDP sədri bildirib ki, Fransa 44 günlük Vətən müharibəsində isə açıq şəkildə Ermənistanı dəstəklədi:

"Makron Fransanın prezidenti seçiləndən qabaq, Azərbaycanın Fransa ilə münasibətləri normal idi. Mitteran dövründə isə yüksək səviyyədə idi. Makron gələndən sonra bu münasibətlər korlandı. Makronun Vətən müharibəsi zamanı açıq ermənipərəst mövqeyi Azərbaycan-Fransa münasibətlərinə əlavə gərginlik gətirdi. İndi onun Bakıya səfəri heç nəyi dəyişməyəcək".
Fuad Əliyev qeyd edib ki Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iyulun 9-10-u tarixlərində işğaldan azad olunmuş Şuşa şəhərindən ATƏT-in Minsk qrupun həmsədr ölkələrin səfirləri imtina etdilər:

"Hətta Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Azadlıq” radiosuna müsahibəsində səfirlərin Şuşaya getməkdən imtina etməsinin səbəbini açıqlayıb. O, bildirib ki, “Reallıq var: Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmalıdır. Bu status müəyyən edilmədən nə Fransanın Bakıdakı, nə də Yerevandakı səfirləri Qarabağa səfər edə bilməz. Və bu mövqe hər üç həmsədr ölkə tərəfindən qəbul olunur”.

ALDP sədri onu da vurğulayıb ki, Fransanın mövqeyi məlumdur və bundan artıq nə deyə bilərdi:

"İndi bu Lakot yenə də status məsələsini qaldırır və məsələni Minsk qrupu çərçivəsində həll olunacağını deyir. ATƏT-in Minsk qrupu 30 ilə yaxın niyə bu məsələni həll etmirdi? BMT-nin 4 qətnaməsini əsas tutub məsələni həll edərdi. Qəsdən vaxtı uzadırdılar. Fikirləşirdilər ki, Azərbaycan xalqı unudacaq, bu vəziyyətlə razılaşacaq. Azərbaycan xalqı heç nəyi unutmayıb, dözüb və vaxtı gələn kimi öz sözünü deyib. Ordumuz xalqın dəstəyini aldıqdan sonra BMT və ATƏT-in işini özü həll etdi, işğalda olan torpaqları azad etdi. Və indi nə status məsələsi var, nə də ki, bu Minsk qrupu. İndi bizim işimiz Qarabağ bölqəsini bərpa işlərlə bərabər, orada qalan erməni separatçıları təmizləməkdir. İnanıram ki bu məsələlər qısa bir zamanda həll olunacaq".

7.3281979560852