Azərbaycan müxalifəti: Türkiyə "keçmiş olsun"!

Türkiyədə baş verən meşə yanğınları Azərbaycanda da ciddi narahatlıqla qarşılanır. Cəmiyyət olaraq, üzüntümüzü hər addımbaşı ifadə edirik. Dövlət səviyyəsində də böyük dəstəyimizi qardaş ölkəyə verdik.

Bəs ölkə müxalifəti necə? Türkiyənin Azərbaycandakı səfirliyinə dəstək zəngləri etdilərmi? Türkiyə prezidentinə, Məclis başqanına, xarici işlər nazirinə və müxalif partiya sədrlərinə “Keçmiş olsun!” teleqramları yolladılarmı?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev: 

“Açığı, müxalifətin bu istiqamətdə hansı formada dəstək verdiyini bilmirəm. Amma partiyamız əməkdaşlıq etdiyimiz liberal demokratlara dəstək məktubunu göndərdi, ”Keçmiş olsun!" dedik. Çox təəssüf ki, bu yanğınlar baş verdi və yanğın nəticəsində həyatını itirən və yaralanan insanlar olub. Bir daha sizin vasitənizlə Türk xalqına “keçmiş olsun!” deyirəm".

/Yeni Müsavat/

0.048641920089722