Uşağın başı dəmirlərin arasında qaldı - VİDEO

Türkiyənin Adıyaman vilayətində uşaq dəmirlərin arasında qalıb.

Evdə tək olan dörd yaşlı əfqan əsilli Əmir H. çölə çıxmaq istəyib.

“Ensonhaber”in məlumatına görə, başı qapının dəmirləri arasında qalan azyaşlının səsinə qonşular gəlib.

Onların çağırdığı Fövqəladə Hallar İdarəsinin nümayəndələri uşağı dəmirlərin arasından çıxararaq, ailəsinə veriblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

0.45418190956116