BDU-nun bu əməkdaşlarına prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib: 

Abdullayev Sərhəddin Qubaddin oğlu 

Göyçayskiy Şövqisəfa Yusifziya oğlu 

Quliyev Akif Ələkbər oğlu 

Rüstəmov İzzət Əşrəf oğlu. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

 

0.92051792144775