ALDP sədri: Ermənilər bir xalq olaraq bu “yuxudan” ayılmalıdır

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib.

- Fuad müəllim, Nikol Paşinyan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan edib. Bu nə dərəcədə səmimi bəyanatdır?

- Mən hesab etmirəm ki, bu səmimiyyətdən gələn bir bəyanatdır. Hər gün Azərbaycan-Ermənistan sərhədində atışmalar olur. Bu hardan səmimi bəyanat oldu? Danışıqlara hazır olan birinci növbədə bu istiqamətdə lazımı addımlar atar. Burada isə əksinədir. İndi Paşinyan vaxt udmaq istəyir, əsas məsələdən. 10 noyabr Bəyanatında əks olunan bəndlərin həyata keçirilməsindən yayındırılmasıdır. Hesab edirəm ki, danışıqlara getsək, orada bir məsələ olmalıdır – Sülh müqaviləsi. Çünki başqa məsələlər hamısı müzakirə olunub və razılaşdırılıb. Əgər Paşinyan sülh istəyirsə, onda Sülh müqaviləsinə imza atmalıdır. Amma sülh istəmirsə, yenə də vaxtı uzadırsa, bu Ermənistana xeyir gətirmiyəcək. Onsuz da iqtisadi vəziyyəti yaxşı olmayan Ermənistan, regionda bütün iqtisadi layihələrdən kənarda galacaq.  

- Regionda sülhün olması üçün hansı addımlar atılmalıdır?

- Erməni xalqı uydurma torpaq iddialardan əl çəkməlidir. Erməni xalqını əsirlər boyu aldadıblar. Erməni xalqın rəhbərliyində olanlar yalan, utopik fikirləri o qədər səsləndiriblər ki, özləri də o uydurmalara inanıblar. Ona görə bir daha qeyd edirəm ki, regionda sülhün bərqərar olunması üçün ermənilər bir xalq olaraq bu “yuxudan” ayılmalıdır. Erməni xalqı başa düşməlidir ki, əsirlər boyu böyük dövlətlərin əllərində “oyuncaq” olublar, təsir altında olublar. Erməni xalqı bunları başa düşüb bu təsirlərdən xilas olmalıdır. Region dövlətlərlə, qonşularla yaxşı münasibət qurub böyük fəlakətlərin qarşısını alarlar. 

- Azərbaycan danışıqlara getsə, bu hansı formatda olmalıdır? ATƏT-in Minsk qrupu vasitəsilə, yoxsa ikitərəfli formatda?

- Yenə də qeyd edirəm ki, danışıqlarda bir məsələ olmalıdır, o da Sülh müqaviləsi. İkitərəfli danışıqların keçirilməsinin tərəfdarı olsam da, indiki vəziyyətdə bunu mümküsüz hesab edirəm. Danışıqların ATƏT-in Minsk qrupun vasitəsilə keçirilməsinində əleyhinəyəm. Sülh müqaviləsinin bağlanmasının ən yaxşı yeri BMT-ır. Ermənistan və erməni xalqı bu fürsəti əldən qaçırmamalıdır.

 

0.043530941009521