Moskvada azərbaycanlı keçmiş arvadını uşağının gözü qabağında bıçaqladı – VİDEO

Moskva рolisi bıçaqlanma hadisəsinə görə 27 yaşlı azərbaycanlını axtarışa verib.

Hadisənin videosunu “Mash” teleqram kanalı yayıb.

Kadrlardan göründüyü kimi, kişi qadınla və uşaqla danışır, sonra isə qadına bıçaq zərbələri endirib ərazidən yayınır.

Bildirilir ki, Qurban adlı şəxs Aynur adlı keçmiş həyat yoldaşını təqib edib. Bir il qabaq qadın рolisə müraciət edərək keçmiş ərinin onu döydüyünü bildirmişdir, lakin o zaman kişini sərbəst buraxıblar. Bu dəfə isə hücum xəstəxana ilə yekunlaşdı.

Aynur artıq cərrahiyyə əməliyyatından keçib, vəziyyəti ağırdır. Uşaq nənəsinin himayəsindədir.

0.4592969417572