Hollivudda maçete ilə silahlanmış qarətçi güllələndi

Hollivudda polislər kəsici alətlə silahlanmış şəxsi güllələyiblər.

Bu barədə NBC telekanalı Los-Anceles polisinə istinadən xəbər verir.

Bildirilir ki, şübhəli şəxs avtomobillərin ehtiyat hissələri satılan mağazanı qarət edib, sonra avtomobil oğurlayıb. Maçete (Meksika dəhrəsi) ilə silahlanmış kişi gizlənməyə çalışsa da, polis əməkdaşları ona atəş açıblar.

Polisin nümayəndəsinin sözlərinə görə, cinayətkarın əlindəki maçetenin uzunluğu 30 santimetrdən çox olub. Onu yaxalamağa çalışan polislərdən biri kəsici alətlə yaralanb.

Əməliyyat zamanı cinayətkar güllə yarası alıb və xəstəxanada dünyasını dəyişib.

0.33041095733643