İnterpol azərbaycanlını axtarışa verdi - FOTO

İnterpol qadınlara qarşı cinayət törədən səkkiz kişini axtarır. Siyahıda 37 yaşlı azərbaycanlı kişinin də adı var.

Bakunews.media-ın xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat verilib.

“Qadınlara qarşı Zorakılığın Ləğv olunması Uğrunda Beynəlxalq Mübarizə Gününə təsadüf edən bu çağırış bütün dünyada qız və qadınların zorakılıqla üzləşməsinin bariz nümaunəsidir”, - deyə İnterpolun saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edək ki, iki qadının ölümündə ittiham olunan Nuran Musayevin adı İnterpolun “Qırmızı xəbərdarlıqlar” siyahısındadır.

0.26729822158813