ALDP sədri: Bizim vətəndaşlarımız öz dədə, baba yurdlarına qayıdandan sonra, heç bu 25 min erməni də qalmayacaq

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Bakı Xəbər TV-nın "Düz kəsir" verlişinin qonağı olub. Verlişdə Rusiya Xarici işlər naziri Lavrovun iş adamlarına Qarabağa yatırım edilməsilə bağlı təklifi və Rusiyanın Ermənistandakı səfirinin Azərbaycan-Ermənistan sərhədinə səfəri müzakirə olunub.

"Biz Rusiyanı dost ölkə hesab etdiyimız bir vaxtda Lavrovun iş adamlarına belə təkliflə çıxış etməsini necə qiymətləndirirsiz?" - aparıcı İltifat Hacıxanoğlunun sualına ALDP sədri belə cavab verdi:

"Lavrovun bu bəyanatı təxribat xarakterli bir bəyanatdır. Hesab edirəm ki, bu bəyanat cavabsız qalmamalıdır. Bizim Xarici İşlər Nazirliyi dərhal buna cavab verməliyidi. Hikmət Haciyev çıxıb Rusiya tərəfindən buna aydınlıq qətirilməsini tələb etməliyidi. Rusiyanın Azərbaycanda səfiri XİN-ə dəvət olunub ona nota verilməliyidi. Təssüf ki, bu olmadı".

"Hamıya məlumdur ki, Rusiyada ermənipərəst  qüvvələr çoxdur. İstər mətbuatda, istərsə də hakimiyyət daxilində. Bu qüvvələr çalışırlar ki, 10 noyabr Bəyanatı həyata keçməsin. Amma mən  hesab edirəm ki, Putin öz imzasına hörmət edəndir  və imzaladığı10 noyabr Bəyanatında olan bütün bəndlər həyata keçəcək"- Fuad Əliyev qeyd etdi.

Aparıcı bizim vətəndaşların Rusiya sülhməramlılarının Azərbaycanda daima qala biləcəyi narahatlığını qeyd edərək Fuad Əliyevdən  bununla bağlı açıqlama istədi. ALDP sədrinin cavabı belə oldu:

"Mən bu fikirlərlə razı deyiləm. Bundan qabaq da qeyd etdiyim kimi, bizim vətəndaşlarımız azad olunan torpaqlara qayıdandan sonra, Rusiya sülhməramlıların orda qalmasına ehtiyac qalmıyacaq. Orada heç erməni də qalmıyacaq. Baxın, bu ilin yanvar ayından başlayarkən 50 min ermənini ora məcburən köçürdülər. İndi isə, son statistikaya görə, orada 25 min erməni qalıb. Bir daha qeyd edirəm ki, bizim vətəndaşlarımız öz dədə, baba yurdlarına qayıdandan sonra, heç bu 25 min erməni də qalmayacaq".

"Rusiya sülhməranlıların son dövrdə mandatdan kənar fəaliyyəti göz qabağındadır. Hesab edirəm ki, onların burda qalıb-qalmaması məsələsi Milli Məclisdə müzakirə edilməlidir. Mən isə hesab edirəm ki, onlar mandatdan kənar fəaliyyətlərə görə Azərbaycandan çıxmalıdırlar" - ALDP sədri qeyd etdi.

7.3509700298309