Fuad Əliyev: Qarabağa səfər etmək istəyən ermənilərə viran qoyduqları yerləri göstərmək lazımdır
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News TV-nın qonağı olub. Verlişdə son vaxtlar müzakirə olunan məsələlər, o cümlədə, ermənilərin Azərbaycana qayıdışı məsələsi müzakirə olunub.
"Vaxtilə Azərbaycanda yaşayan ermənilərin Bakıya, Gəncəyə və digər şəhələrə qayıtmaq məsələsinə münasibətiniz necədir?"-sualına ALDP sədri belə cavab verdi:
"Bir neçə il bundan qabaq Azərbaycan və Ermənistan QHT-ləri tərəfindən yaranan "Sülh platforması" belə səfərləri təşkil edirdi. Amma bu səfərlər birtərəfli idi. Yəni ki, vaxtilə Azərbaycanda yaşayan erməniləri gətirirdilər Bakıya, onları gəzdirirdilər, bahalı restoranlara aparıb qonağlıq verirdilər, ölən yaxınları yad etmək üçün qəbirsanlığa aparırdılar və bəlkə də yola salanda ciblərinə pul da qoyurdular. Ermənilər isə yaxınların qəbirlərini səliqəli, təmiz, gül-çiçəklə görəndə, deyirdilər ki, nə yaxşı ki, çox qəbirlər 20 ildən sonra bu vəziyyətdə qalıb. Mən dəfələrlə buna görə öz etirazımı bildirmişəm. Niyə bu "Sülh platforması" bir tərəfli işləyir? Niyə vaxtilə Ermənistanda yaşayan azərbaycanlıların səfərləri təşkil olunmur?"
"Baxın, ermənilər üçün belə səfərlər təşkil olunur, onları polis goruyur, amma mən öz yaxınlarımı yad etmək üçün Nardarana gedə bilmirəm. Nardaran bu günə qədər polis tərəfindən blokadaya salınıb. Ora gedən-gələnləri yoxlayırlar. Bir neçə dəfə olub ki, mən yaxınlarımı ziyyarət etmək üçün Nardarana getmişəm, amma buraxmayıblar. Sual verirəm niyə?"-Fuad Əliyev qeyd etdi.
Son vaxtlar "Sülh platforması" yenidən fəallaşıb və ermənilərin səfərlərin təşkil olunmasından söz-söhbətlərə dair sualını Fuad Əliyev belə cavablandırıb:
"Azərbaycanda statistikaya görə 30 minə yaxın erməni yaşayır. Heç kim onlara bir sözdə demir. Bəli, Vətən müharibəsi qələbəmizlə bitib. Amma buna baxmayaraq, Azərbaycan-Ermənistan sərhədində ermənilər atəşkəi pozular. Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdən Şuşa, Kəlbəcər istiqamətdə atışmalar olur. İndi bu iki, üç erməninin Azərbaycana səfərərin təşkil etməsi nə məqsəd güdür? Hesab edirəm ki bu təxribatdır".
Daha sonra ALDP sədri bunu dedi:
"Hesab edirəm ki, indiki vaxtda belə təkliflərin verilməsi çox ziyanlıdır. Ümumiyyətlə Azərbayan-Ermənistan "Sülh platforması" faydası olmayan, ziyanlı bir layihədir. Əgər bunun Azərbaycan tərəfi erməniləri belə çox istəyir onda aparsınlar azad olunan torpaqları göstərsinlər. Ağdam və digər dağıdılan şəhər və rayonları göstərsinlər. Səfər etmək istəyən ermənilərə viran qoyduqları yerləri göstərmək lazımdır. Qoy görsünlər. Görək nə deyəcəklər. Gəlib yaxınların səliqəli, təmiz olan qəbirlərini görüb, bizi tərifləyirlər. Mənə onların tərif sözləri lazım deyil, mənə lazımdır ki, bu ermənilər, erməni vandalizmi görüb, bunu etiraf etsinlər".