Ərdoğandan çağırış: Türk lirəsinə keçin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vətəndaşları dollardan milli valyutanın xeyrinə imtina etməyə çağırıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyası fraksiyası qarşısında çıxışı zamanı bildirib.

“Bizim ölkəmizə etibar edən, sərmayə qoyan hər kəs qazanıb və qazanmağa da davam edir. Dolları buraxın, gəlin, türk lirəsinə keçək, gəlin, milliliyimizi, müstəqilliyimizi göstərək”, - Ərdoğan qeyd edib.

Ərdoğan hazırda Türkiyə iqtisadiyyatının vəziyyətinin sabitləşməyə davam etdiyini söyləyib.

0.35665607452393