ALDP rəsmisi: Partiya nümayəndələrin İctimai Şuraların işində iştrakı fayda verə bilərdi

“Son zamanlar  ictimai nəzarət və İctimai Şuraların yaradılması ilə əlaqədar məsələ və mövzulara marağın artması, müzakirələr açılması cəmiyyətdə çox müsbət hal kimi qəbul olunur”.

Bunu Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova Baku News-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, məqsəd ictimai iştirakçılığı genişləndirməyə, ictimai nəzarəti gücləndirməyə nail olmaqdır:

“Bu həm dövlət qurumlarının fəaliyyətinin yaxşılaşdırılmasına,  həm də vətəndaş cəmiyyətinin inkişafına,  xidmət edəcək. Təbii ki, bu, ictimaiyyət tərəfindən maraqla və diqqətlə qarşılanır. Mətbuatda ayrı-ayrı dövlət orqanlarında yaradılmış İctimai Şuraların keyfiyyətindən, seçki proseduru və s. ilə bağlı müxtəlif təzadlı fikirlər var, müəyyən inamsızlıqlar sezilir. Bir, iki hal istisna olmaqla, üzvlərin seçilməsi prosesi  şəfaff keçib. Kim seçilmək üçün namizədliyini irəli sürübsə, onu qeydiyyata alıblar. Buna görə də İctimai Şuralara inamım artır. Düşünürəm ki, bu proses uğurla yekunlaşacaq”.

Dinarə Məmmədovanın sözlərinə görə, belə adamlar var ki, bir neçə İctimai Şurada adları var. Bunu da, o, neqativ hal kimi qiymətləndirir.

“Yaxşı olardı ki, yaradılan İctimai Şuralarda siyasi partiyaların nümayəndələri də iştrak etsinlər. Partiya nümayəndələri cəmiyyətin üzvləridir. Onları da iştrakı İctimai Şuraların işində fayda verər”- ALDP rəsmisi bildirdi.

Dinarə Məmmədova ALDP sədri Fuad Əliyevin Prezidentin yanında İctimai Şuranın yaradılmasının təklifini bir daha səsləndirdi:

“ALDP sədri Fuad Əliyev nazirliklər və dövlət təşkilatların yanında İctimai Şuraların yaradılmasını müsbət qiymətləndirərək, Prezidentin yanında İctimai Şuranın yaradılmasını Administrasiya nümayəndəsilə görüşdə təklif kimi səsləndirib. Biz hesab edirik ki, Prezidentin yanında İctimai Şuranın yaradılması və siyasi partiyaların, QHT, Mətbuat və ziyaların iştrakı, cəmiyyətdə olan problemləri prezidentə birbaşa çatdıraraq, həmin problemlərin həllində böyük fayda verə bilər”.

5.9666359424591