Gerasimov Nəcməddin Sadıkovla danışıqlarda

Bakıda səfərdə olan Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycan Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi Nəcməddin Sadıkovla görüşüb.

Bakunews.media xəbər verir ki, görüşdə beynəlxalq və regional təhlükəsizlik problemləri, həmçinin, ikitərəfli hərbi-texniki əməkdaşlığın aktual məsələləri müzakirə edilib.

O cümlədən, Xəzər dənizində müdafiə nazirlikləri arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Aqşin Kərimov

0.91744112968445