Fuad Əliyev: Xaricdəki bu iş adamlarımız tədbirlərində Qarabağın adını çəkmirlər
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News TV-nın "TET-A-TET" verlişinin qonağı olub. Verlişdə Azərbaycan diasporların fəaliyyəti müzakirə olunub.
"Xaricdə Azərbaycan həqiqətlərini necə qorumalıyıq və təbliğat işlərini necə qurmalıyıq?" - sualına ALDP sədri belə cavab verdi:
"Biz informasiya müharibəsində illər boyu ermənilərə uduzurduq. Ermənilərin milli idealoqiyası bir neçə əsr bundan qabağ formalaşıb. Onlar bir millət olaraq, öz uydurma tarixinə inanaraq, bu təbliğat işində çox fəal olublar. Biz nə etməliyik? 30 ilə yaxındır ki, biz müstəqillik qazanmışıq. Dövlət tərəfindən yaradılan Diasporlarla iş üzrə Dövlət Komitəsi bir iş görə bilməyib. Bir neçə il bundan qabaq təyin olunan yeni rəhbərliyin də fəaliyyəti görsənmir. Bu yaxınlarda diaspora təşkilatların nümayəndələrin yığaraq Şuşaya səfər ediblər. Bu yaxşıdır. Amma bu məntiqsizdir, çünki bunu özümüz üçün edirik".
Fuad Əliyevin sözlərinə görə biz daha çox digər millətlərlə işləməliyik:
"Biz işimizi Azərbaycandan kənarda qurmalıyıq. Misal üçün Rusiyada yaşayan iki milyondan çox azərbaycanlıları deyim. Hansı təsir gücünə malikdilər? Və yaxud orada olan bizim iş adamları. Forbes jurnalında olan 4-5 milyonçularımızdandırlar. Onlar nə iş görüblər? Misal üçün yazırlar ki, bu il Vahid Ələkbərov 100 million itirib, və yaxud 100 millon qazanıb. Allah var eləsin. İndi Şükür Allaha ki, bizim ordumuz Qarabağı azad etdi. Amma mən indi soruşuram: Azərbaycan üçün, o, Vahid Ələkbərov və digər miltarderlər nə ediblər? Onlar Qarabağ məsələsində Rusiya siyasi elitasına nə təsir ediblər? Dövlət Dumasına və yaxud regional parlamentlərə bir deputat seçilmək üçün köməklik ediblər? Başqa ölkələrdə də eynilə. Avropada, ABŞ-da. Düzdür Fransada erməni diaspor təşkilatlar çox güclüdür. Amma Fransada bizim iş adamlarımız da az deyil? Niyə fəal deyirlər?"
ALDP sədri bəzilərin bu işləri görmək üçün dövlətdən maliyyə dəstəyi istəməsini tənqid edərək bunu bildirdi:
"Hamı gözləyirik ki, dövlət bu işləri görmək üçün pul verməlidir. Niyə verməlidir? Düzdür dövlət sənə istiqamət verir, amma bu işdə heç bu da lazım deyil, əgər sən azərbaycanlışansa. Sən özün qabağa düşüb təbliğat işlərini görməlisən".
Daha sonra Fuad Əliyev Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlar və səfirliyin işlərini tənqid edərək, ermənilərin "Novo-naxçivanskiy armənskiy monastır"-ın tikintisinə etiraz bildirmədiyini qeyd etdi.
ABŞ vaxtı ilə fəaliyyət göstərən Azərbaycan-Amerika Asosiyasiyanın rəhbəri Anar Məmmədovun konqresmenlər üçün naharlara xərclədiyi milyonların boş yerə getdiyini bildirdi:
"Mən Vaşinqtonda olarkan həmin konqresmənlərlə görüşmişəm. Onlardan soruşanda ki, Anar sizdən Qarabağ məsələsində, 907 maddənin ləğvində bir köməklik, dəstəyinizi istəyib, sual verəndə, mən mənfi cavab almışam. Deyiblər ki, o, öz biznes məsələlərin genişlənməsini və ona dəstək verməyini xahiş edirdi".