ALDP sədri: Buna baxmayaraq hər birimiz vəzifəmizi yerinə yetiririk
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir. Milli Məclisin komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq. Qeyd edək ki, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Maraqlıdır, hazırda siyasi partiyalarda vəziyyət necədir? Partiyalarda yay tətili başa çatdımı, yoxsa pandemiyaya görə karantin şəraiti hələ davam edir?
Bununla əlaqədar olaraq bir neçə partiyaya sorğu ünvanladıq.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev isə qeyd edib ki, artıq 10 ilə yaxındır ki, yay aylarında partiyanın ofisləri bağlı olur:
“Hər il 15 sentyabrda tam şəkildə işə başlayırıq. Həmçinin, bir ildən çoxdur ki, karantin dövrüdür. İclaslarımızı onlayn şəkildə həyata keçirməyə çalışırıq. Əgər pandemiya şərtləri dəyişilməsə, 15 sentyabrdan ofislərimizdə fəaliyyət göstərməyə davam edə bilərik. Hazırda koronavirusa yoluxma hallarında artım yaşandığı üçün bir az gözləməyə qərar vermişik. Buna baxmayaraq, daima öz işimizi davam etdirir və hər birimiz vəzifəmizi yerinə yetiririk”.
/Cebhe.info/