Sahil Babayev sən bu sahəni bilmədiyinə görə, özünə bu sahəni bilən bir müavin təyin etməlisən

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Kanal-13" internet TV-nin qonağı olub. (verliş sentyabrın 1-i çəkilib)

Müxbirin "Azərbaycan höküməti qondarma "dqr"in 30 illiyini qeyd edilməsinin qarşısını ala biləcək?"- sualına ALDP sədri Fuad Əliyevin cavabı belə oldu:

" 10 noyabır razılaşmasına görə Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə erməni separatçıları çıxarılmalı idi. Bu baş vermədi. İndi dediyiniz bu məsələ hamımızı narahat edir. Yadınızdadırsa 9 may bayramı ərəfəsində paradın keçirilməsilə bağlı cəmiyyətdə eyni narahatçılıq var idi. Və biz bir cəmiyyət olaraq buna etiraz etdik və paradın keçirilməməsinə nail olduq. İndi bu məsələdə də, mən hesab edirəm ki, biz hamımız buna etiraz etsək, heç kim heç bir tədbir keçirə bilməyəcək. Digər tərəfdən, Paşinyan Ermənistan rəhbərliyinə "yübiley" tədbirlərində iştrakı qadağan edib. Ona görə də mən hesab edirəm ki, orada heç nə baş vermiyəcək".

(Son məlumata görə qondarma "yübileyi" təntənəli şəkildə keçirilməmişdir)

"Hakimiyyət hansı tədbirlər görməlidir ki, bu cür təxribatların qarşısı alınsın?"- sualına ALDP sədri belə cavab verdi:

"Mən anti-terror əməliyyatların başlanmasını gözləyirəm. Qəbul olunan razılaşmaya görə onlara bizim ərazilərimizdən çıxmağa vaxt verilmişdi. Çıxan çıxdı. İndi orda qalanlar separatçılardı, erməni terroristləridirlər. Buna görə də biz torpaqlarımızı bunlardan təmizləmək üçün anti-terror əməliyyatları keçirməliyik. Bunun başqa yolu yoxdur".

Müxbirin "İnsanların sosial durumu ağır olduğunu siz də müşahidə edirsiz. Sosial şəbəkələrdə  qazilərin şikayət etdiklərini, yaşaya bilmədiyini qeyd edirlər. Bu gün hökümətin sosial siyasətindən razı qalmaq olarmı?"- sualına Fuad Əliyev belə cavab verdi:

"Sözsüz ki, yox. Xüsusilə də qazi və şəhid ailələrlə bağlı hökümətin verdiyi yardımlar çox azdır. Baxın, indi bizim neftin qiyməti 72 dollara çatıb. Avropada qazın bir kubametri 600 dollara satılır. Bu qədər gəlir, vəsait əldə edirik. Hesab edirəm ki, hökümət pandemiya dövründə qazi və şəhid ailələrə verdiyi yardımları heç olmasa iki dəfə artırmalıdır ki, onlar bu müddət əziyyət çekməsinlər".

"Nazir Sahil Babayevin fəaliyyəti çox ciddi şəklində tənqid olunur. Siz onun nazir kimi fəaliyyətini necə qiymətləndirirsiz?"- ALDP sədri bu sualı belə cavablandırdı:

"Mən bundan qabqda demişəm ki, təyin olunan bəzi kadırlar menecerlərdi. Sahil Babayev də eynilə. Bunlara etimad göstərib vəzifələrə təyin ediblər. İndi sən bu sahəni bilmədiyinə görə, özünə bu sahəni bilən bir müavin təyin etməlisən və yaxud mütəxəsislərdən komanda formalaşdırmalısan. Bunlar isə nə edir? Dost, tanış, qohumu vəzifəyə gətirir və istədikləri kimi oranı dağıdırlar".

7.2055680751801