"Üç dövlət bir millət" şuarı altında görüş
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin yeni təyin olunan Bakı təmsilçisi Mustafa Kamal Bəyazbayramla görüşüb.
Fuad Əliyev ilk görüş olduğuna görə, cənab Mustafa Kamal Bəyazbayrama partiya haqqında qısa məlumat verəndən sonra, partiyanın beynəlxalq əlaqələrindən danışıb:
"ALDP-nın geniş beynəlxalq əlaqələri var. Bu əlaqələrdən istifadə edərək, Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasında, onların dəstəyini almağa çalıçacağıq".
Fuad Əliyev Azərbaycanın qardaş Şimali Kipr Türk Cümhuriyyətilə əlaqələrin dərinləşməsi və genişlənməsini arzulayıb.
Öz növbəsində cənab Mustafa Kamal Bəyazbayram xoş sözlərə görə Fuad Əliyevə təşəkkürünü bildirərək görüşlərin davamlı olduğunu arzulayıb.
Hər iki tərəf ölkələrarası siyasi əlaqələrin və əməkdaşlığın vacibliyini vurğulayıblar.
Görüş "Üç dövlət bir millət" şuarı altında çox səmimi və mehriban şəraitdə keçib.