Mağazada uşaq dünyaya gətirdi, küçəyə atdı - VİDEO

Rusiyanın Yessentuki şəhərində yeni doğulmuş körpəsini küçəyə atan qadına qarşı cinayət işi açılıb.

“Vesti”nin xəbərinə görə, bazarda satıcılardan biri yerdə torbanın içində yeni doğulmuş körpə tapıb.

Nəzarət kameralarından məlum olub ki, körpəni oraya anası qoyub.

Mağazada dünyaya gətirdiyi körpəsini torpaya qoyub şəhərin bazar hissəsində küçəyə atan 37 yaşlı anaya qarşı cinayət işi açılıb.

Hazırda onun iki övladının əlindən alınaraq valideyn hüquqlarından məhrum edilməsi məsələsi həll edilir.

Körpənin səhhəti ilə bağlı problem olmadığı bildirilib.

0.32816314697266